Məşhur nəşriyyat bestseller müəllifin kitabını təxirə salıb

“Penguin” nəşriyyatı yazıçı Reynor Uinnin “Qış təpəsində” kitabının nəşr tarixini ertələdiyini elan edib. Buna səbəb müəllifin 2018-ci ildə çap olunmuş bestselleri “Duz yolu”nda yalana əl atması iddiaları ətrafında yaranan qalmaqaldır. 

Daha.az xəbər verir ki, nəşriyyat “müəllifi dəstəkləmək” üçün belə qərar qəbul etdiyini bildirib.

Qeyd edək ki, “Duz yolu” adlı memuarlar evləri müsadirə edilən Uinn və ərinin 630 millik gəzintiyə çıxması, daha sonra yazıçının ərinin sağalmaz xəstəliyə yaxalanması kimi şəxsi təcrübələri əhatə edir. Həmçinin kitab əsasında çəkilən eyni adlı film 2024-cü ildə Toronto Film Festivalında təqdim olunub və müsbət rəylər alıb.

Lakin “Observer” nəşrinin məşhur əsər haqqında bu yaxınlarda yayımladığı araşdırma həm ailənin evini itirməsi, həm də müəllifin həyat yoldaşının diaqnozu ilə bağlı məlumatların doğruluğunu şübhə altında qoyur.

Müəllif açıqlama yayımlasa da, iddialar artıq bəzi əməkdaşlıqlarının sonlanmasına səbəb olub.

“Penguin” nəşriyyatı isə bu çətin və həssas dövrdə müəllifi dəstəklədiyini bildirərək, kitabın iddialardan təsirlənməməsi üçün nəşri ertələdiyini və yeni tarixin tezliklə elan olunacağını bildirib.

OXŞAR XƏBƏRLƏR