Sudan əsilli britaniyalı yazıçı Leila Aboulela 2025-ci il PEN Pinter mükafatına layiq görülüb.
Daha.az xəbər verir ki, mükafat müəllifə oktyabrda – xüsusi mərasimdə təqdim ediləcək.
Qeyd edək ki, builki münsiflər heyəti İngilis PEN-in sədri Ruth Borthvik, şair və yazıçı Mona Arşi, həmçinin roman yazarı Nadifa Mohameddən ibarət olub.