Daha tv “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Ədibin Evi”nin birgə layihəsi olan “Mənim Qəhrəmanım” adlı Milli Komiks Kitabı müsabiqəsi haqqında Qismət Rüstəmovun fikirlərini təqdim edir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Ədibin Evi” “Mənim Qəhrəmanım” adlı Milli Komiks Kitabı müsabiqəsi elan edir.
Daha.az xəbər verir ki, müsabiqə 14-17 yaşlı gənclər arasında keçiriləcək.
yeni, orijinal və yaradıcı qəhrəman obrazını ifadə edən qrafik hekayə
I yer: 3 000 AZN
Qeyd edək ki, “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası (bundan sonra – Konsepsiya) qlobal və ölkədaxili çağırışlar nəzərə alınmaqla, Azərbaycanın milli kimliyinə əsaslanan müasir mədəniyyət modelinin yaradılması, inkişafı və 2040-cı ilədək digər mədəniyyətlərlə qarşılıqlı əlaqələrinin genişləndirilməsi üçün dövlət mədəniyyət siyasətinin istiqamətlərini müəyyən edən və mədəniyyət sahəsi ilə bağlı fəaliyyətə vahid, sistemli və dayanıqlı yanaşmanı təmin edən strateji planlaşdırma sənədidir.







