Conni Depp bu dəfə rejissor kürsüsündə əyləşəcək.
Daha.az xəbər verir ki, sonuncu dəfə 2023-cü ildə “Jeanne de Barry” filminə çəkilən Depp bu dəfə rejissor kimi “Modì, Three Days on the Wing of Madness” (“Modi – çılğınlığın qanadında üç gün”) filminin rejissorluğunu öhdəsinə götürüb.
Premyerası Londonda baş tutan filmdə məşhur aktyor Al Paçino ilə yanaşı, Rikardo Skamarçio, Antonia Desplat, Bruno Queri, ve Rayan MakParland kimi aktyorlar da oynayıb.
Xatırladaq ki, Conni Depp 1997-ci ildə işıq üzü görən “The Brave” (“Cəsur”) filmindən sonra ilk dəfədir ki, film çəkir