Məşhur aktrisa vəfat etdi

Karyerası boyunca bir çox film və seriallarda rol almış türkiyəli aktrisa Anta Toros 77 yaşında dünyasını dəyişib.

Daha.az xəbər verir ki, bu barədə Film-San Vəqfinin direktoru Kıvanç Terzioğlu məliumat verib.

Qeyd edək ki, axırıncı dəfə “Yaşam üçbucağı” adlı filmdə rol alan Anta Toros 1965-ci ildən bəri aktiv fəaliyyət göstərsə də, uzun müddətdir mədə xərçəngindən əziyyət çəkirdi.