Bu il ədəbiyyat üzrə Nobel mükafatını macar yazıçı və ssenarist Laslo Krasnohorkai qazandı.
Daha.az xəbər verir ki, müəllif bu mükafata “apokaliptik terrorun mərkəzində sənətin gücünü təsdiqləyən cəlbedici və uzaqgörən yaradıcılığına görə” layiq görülüb.
DOSYE:
L.Krasnahorkai Macarıstanın Dyula şəhərində anadan olub. Seged Universitetinin hüquq fakültəsində oxusa da, Budapeşt Universitetinin sənət tarixi fakültəsini bitirib. Ədəbi yaradıcılığa 1970-ci ilin ortalarında başlayıb, “Son mərhəmət” (1986), “Urqa əsiri” (2012) novella toplularının, “Şeytan tanqosu” (1985), “Müqavimət melanxoliyası” (1989), “Müharibə və müharibə” (1999), “Şimaldan – dağlar, Cənubdan – göl, Şərqdən – yol, Qərbdən – çay” (2003), “Göylər səltənətinin xarabalığı və kədəri” (2004, sənədli), “Si-van-mu” (2008), “Son canavar” (2015), “Əbədi Homer” (2015) romanlarının müəllifidir. Görkəmli kinorejissor Bela Tarrla əməkdaşlığı sayəsində rejissorun 7 filminin ssenarisini yazıb. Əsərləri Attila Yozef (1987), Tibor Deri (1992), Dyula Krudi (1993), Andre Marai (1998), Koşut (2004), “Ən yaxşı tərcümə kitabı” (2013), Beynəlxalq Buker (2015) mükafatlarına layiq görülüb.
DAHA TV Qismət Rüstəmovun təqimatında L.Krasnahorkainin həyat və yaradıcılığı haqqında məlumatı təqdim edir.
📌 O kimdir?
📌 Necə yazır?
📌 Niyə Nobel mükafatına layiq görüldü?








