Harper Linin işıq üzü görməmiş səkkiz hekayəsi “Şirin Əbədiyyət Ölkəsi” (The Land of Sweet Forever) adı altında nəşr olunacaq.
Daha.az xəbər verir ki, məşhur “Bülbülü Öldürmək” romanından əvvəl yazılmış hekayələr müəllifin vəfatından sonra Nyu-Yorkdakı mənzilində tapılıb və kitabın nəşri artıq bu ilin oktyabrına planlaşdırılır.
Hekayələr üçün ön sözü “Qəzəbli Saatlar: Cinayət, Fırıldaqçılıq və Harper Linin Son Məhkəməsi” kitabının yazarı Keysi Sep qələmə alıb.
Kitabı nəşrə hazırlayan “Hutchinson Heinemann” nəşriyatına görə, bu hekayələr Linin istedadını və bir yazıçı kimi keçdiyi inkişaf yolunu daha yaxşı anlamağa vasitəçi olacaq.
Əsasən, Nyu-York və Alabamada keçən hekayələrdə Harper Lini fərqləndirən hazırcavablığı, qaranlıq çalarları və həssas obrazları görmək mümkündür.