Ədliyyə Nazirliyi gənc kinematoqrafçıların səlahiyyətini təsdiq edib.
Daha.az xəbər verir ki, AR Ədliyyə Nazirliyi Gənc Film İstehsalçıları Assosiasiyası ictimai birliyinin İdarə Heyətinin yeni tərkibini təsdiq edib.
Gənc kinematoqrafçılar Murad Allahverdiyev, Sevinc Quliyeva, Hacı Səfərov İdarə Heyətinin üzvü, Afaq Yusifli isə sədr müavini seçilib.
Qeyd edək ki, Gənc Film İstehsalçıları” Assosiasiyası Əli İsa Cabbarov (sədr), rejissor Asif Rüstəmov və prodüser Fehruz Şamıyev tərəfindən 2005-ci ildə təsis olunub.