Mədəniyyət Nazirliyi və Daha TV-nin birgə layihəsi olan “Fikir vaxtı”nın növbəti buraxılışı heykəltaraşlığın sirli tarixi haqqındadır.
İlk və son heykəl: Daş necə insana çevrildi?
Heykəl qoymaq insanın hansı mənəvi ehtiyacından doğub?
İlk heykəl nə zaman və kimə qoyulub?
Bədən – ilahi forma, yoxsa sənətin dili?
Yazıçı Aqşin Yenisey heykəl sənətinin tarixi və heykəltaraşlığın təkamülü və cansız heykəllərdən canlı uzanan yol haqqında danışır.