Həyat Keyfiyyəti İnstitutu tərəfindən hazırlanan “Xoşbəxt şəhər indeksi” nəticələrinə görə, Danimarkanın paytaxtı Kopenhagen 82 göstərici əsasında keçirilən qiymətləndirmədə zirvəyə yüksəlib. İndeksin əsas kateqoriyaları arasında vətəndaş rifahı, idarəetmə, ətraf mühit, iqtisadiyyat, sağlamlıq və mobillik yer alır. Xoşbəxt şəhərlər sıralamasında ilk 5 yeri Kopenhagen, Zürix, Sinqapur, Orhus və Antverpen tutur.
Daha.az xəbər verir ki, qiymətləndirmədə səhiyyə sistemi, iş və asudə vaxtın balansının qorunması, ekoloji təmizlik, şəffaf idarəetmə, təhsil və innovasiya sahələrində də yüksək nəticələr də önəmlidir.
Universal səhiyyə sistemi: 1000 nəfərə 4,4 həkim; ortalama ömür 79,9 il.
İş-həyat tarazlığı: Həftəlik iş saatı cəmi 37 saat.
Yaşıllaşdırılmış həyat tərzi: 69% ekoloji nəqliyyat vasitələri ilə təmin olunur.
Bu nəticələr göstərir ki, şəhərlərin xoşbəxtliyi yalnız zənginlik deyil, eyni zamanda təhsil, sağlamlıq, ətraf mühit və vətəndaş yönümlü siyasətlə bağlıdır.
Qey edək ki, Kopenhagenin lider mövqeyi digər şəhərləri bu istiqamətdə ilhamlandıran nümunədir.