Dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir. Bu gün səyyahlar Laçın şəhərinə gəliblər.
Daha.az xəbər verir ki, Laçına səfər edən səyyahlar əvvəlcə “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonu ilə tanış olublar.
Beynəlxalq səyyahların səfəri işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaradır.
Qeyd edək ki, on beş ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili rəhbərlik edir.