Bu ilin ilk 6 ayında nümayiş olunmuş filmlər – SİYAHI

2025-ci ilin ilk 6 ayında ölkə kinoteatlarında ümumilikdə 16 yerli film nümayiş olunub.

Daha.az xəbər verir ki,  filmlərin böyük əksəriyyətində – 9 filmdə komediya janrı üstünlük təşkil etsə də, xüsusilə, fantastika, ekşn, tarixi, döyüş, bioqrafik, sosial dram, macəra, psixoloji melodram janrında olan filmlərin də nümayişdə olması görülməkdədir.

2025-ci il ərzində ən çox nümayişdə olan film “Tağıyev. Neft”dir. Filmin nümayişi 01.11.2024-cü ildə bütün şəbəkələrdə başlasa da, hazırda seanslar Nizami Kino Mərkəzində davam etdirilir.

Ölkə ərazisində fəaliyyət göstərən kinoteatrlar yerli film istehsalının həcmini müəyyən etmək üçün vacib göstəricilərdən biridir. Hazırda Azərbaycanda iki özəl kinoteatr şəbəkəsi fəaliyyətdədir: Cinemastercard və Park Cinema. Bunlardan başqa Mədəniyyət Nazirliyinin tabeliyindəki Nizami Kino Mərkəzi də yeni filmlərin nümayişi üzrə xidmət göstərir.

Qeyd edək ki, 2024-cü ilin analoji dövründə kinoteatrlarda 20 yerli film nümayişdə olunmuşdu.

N Filmin adı Nümayiş tarixləri Nümayiş şəbəkəsi İstehsalçı Rejissor Prodüser Janr
1 Səma ilə görüş (2024) 07.03.2024-05.01.2025 Nizami Kino Mərkəzi Azərbaycan Kino Mərkəzi Rüfət Şahbazov Orxan Mərdan dram, ekşn, komediya
2 Hozu 007 (2024) 31.10.2024- 23.04.2025 Cinemastercard, Park Cinema, Nizami KM 3İ Cinema İlham Yaşaroğlu İslam Ağa, Məcid Hüseynov komediya
3 Tağıyev. Neft (2024) 07.11.2024 – davam edir Cinemastercard, Park Cinema, Nizami Kino Mərkəzi Bakı Media Mərkəzi Zaur Qasımlı Arzu Əliyeva tarixi, bioqrafik
4 Səriyyə (2024) 29.11.2024 – davam edir Cinemastercard, Park Cinema, Nizami Kino Mərkəzi Wow media Əlixan Rəcəbov Nicat Yüsifzadə sosial dram, komediya
5 Evdə qalmış 2 (2024) 13.12.2024-06.04.2025 Cinemastercard, Park Cinema, Nizami Kino Mərkəzi AND Production Valeh Əhmədov Valeh Əhmədov komediya, melodram
6 Apatiya 2 (2025) 09.01.2025 – davam edir Cinemastercard, Park Cinema, Nizami Kino Mərkəzi HR Film Production Hikmət Rəhimov Hikmət Rəhimov dram
7 Otel Loo (2025) 14.02.2025-23.04.2025 Cinemastercard, Park Cinema, Nizami Kino Mərkəzi 3İ Cinema, Gold Cine Vision Elvin Rüstəmzadə İslam Ağa komediya
8 Spinozanın tanrısı (2025) 28.02.2025-02.04.2025 Cinemastercard, Park Cinema, Nizami Kino Mərkəzi Pelican Film Production Cavid Təvəkkül Rəsul Allahverdiyev psixoloji melodram
9 Qapı (2024) yenidən nümayiş 13.03.2025 – davam edir Cinemastercard VASH media Vüsal Əhmədzadə Vüsal Əhmədzadə kriminal, tragikomediya
10 Hal (2025) 27.03.2025-09.04.2025 Park Cinema, Nizami Kino Mərkəzi Qatfar film Sədaqət Kərimova Sədaqət Kərimova dram
11 4 təkər (2025) 03.04.2025-25.04.2025 Cinemastercard, Park Cinema, Nizami Kino Mərkəzi Alioglu Media Group Amil Ali Amil Ali komediya, macəra
12 Bəlkə də (2025) 03.04.2025 – davam edir Cinemastercard, Park Cinema, Nizami Kino Mərkəzi Art Bakers Taleh Yüzbəyov Taleh Yüzbəyov, Nicat Muxtarov fantastika, mistika, tragikomediya
13 Tağıyev. Çar (2025) 03.04.2025 – davam edir Cinemastercard, Park Cinema, Nizami Kino Mərkəzi Bakı Media Mərkəzi Zaur Qasımlı Arzu Əliyeva tarixi, bioqrafik
14 Heykəl (2025) 17.04.2025 02.06.2025 Cinemastercard, Park Cinema, Nizami Kino Mərkəzi NN Film Natiq Novruzov Natiq Novruzov, Rəşad Nuri komediya
15 Xocalı. Son toy (2025) qısametrajlı bədii-sənədli 17.04.2025-23.04.2025 Cinemastercard Global Media Group Yusif Ələkbərzadə Fuad Hüseynəliyev dram
16 Doğma torpaq (2025) 24.04.2025-25.06.2025 Cinemastercard, Park Cinema, Nizami Kino Mərkəzi Narimanfilm İlqar Safat Nəriman Məmmədov dram, döyüş
   
OXŞAR XƏBƏRLƏR