2003-cü ildə yaradılmış Berlinale Talents dünyanın aparıcı 200 yeni və istedadlı kino rejissoru, serial yaradıcıları və kino sənayesinin əsas fiqurları üçün Berlin Beynəlxalq Film Festivalının istedadların inkişafına yönəlik proqramıdır. Bu proqram aşağıdakı hissələrdən ibarətdir: çıxışlar, müzakirələr, ustad dərsləri və saysız şəbəkələşmə tədbirlərini əhatə edən yaradıcı Zirvə Görüşü (Summit); inkişaf mərhələsində olan layihələrə sahib Berlinale Talents məzunları üçün Berlinale İstedadlar Proqramı (Berlinale Talents Lab), ortaq istehsal və ya maliyyə axtarışında olan prodüser məzunlar üçün İstedad layihələri marketi (Talent Project Market).
Daha.az xəbər verir ki, Berlinale Talents, sadəcə, sənayeyə ilk addımlarını atanlar üçün nəzərdə tutulmuş bir məktəb deyil. Əksinə, iştirakçılar artıq bu sahədə fəaliyyət göstərən peşəkar şəxslərdir və layihənin ekspert/mentorları onlara bərabər səviyyədə yanaşır.
Proqramda iştirak etmək üçün, ən azı, bir tammetrajlı film və ya iki qısametrajlı film; yaxud festivallarda nümayiş olunmuş, geniş şəkildə yayımlanmış yüksək keyfiyyətli dram serialı, televiziya filmi müəllifi olmalısınız.
Tələbələr yalnız çox istisna hallarda – məsələn, əvvəllər film sənayesində iş təcrübəsi olmuşsa, – qəbul olunurlar. Əgər distribütor, satış agenti və ya marketinq üzrə mütəxəssis kimi müraciət edirsinizsə, ən azı, iki tammetrajlı filmin yayımı və ya satışında iştirak etməlisiniz, yaxud kurator kimi kinoteatrun, festivalın fəaliyyətinə bələd olmalısınız. Tənqidçi kimi müraciət edənlərin isə film mövzusunda esseləri, tənqidi məqalələri olmalıdır.
Müraciət üçün son tarix 3 Sentyabr 2025-ci ildir.
Daha ətraflı məlumat almaq və müraciət linki üçün rəsmi sayt: https://www.berlinale-talents.de/bt/page/c/apply




