Bakı Beynəlxalq Film Festivalına film qəbulu davam edir

Noyabrın 7-dən 12-dək Bakı yenidən film arenasına çevriləcək.

Daha.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrini təmsil edəcək müəlliflər 16-cı Bakı Beynəlxalq Film Festivalında (BBFF) bir araya gələcək.

Ötən ildən tammetrajlı filmlərin müsabiqəsini elan edən festivalda bu il də yarışma əsas iki kateqoriya – debüt tammetrajlı bədii filmlər və qısa filmlər üzrə aparılacaq.

Filmlər müsabiqəyə https://filmfreeway.com/bakufilmfest platforması və festivalın saytı – www.filmfestival.az üzərindən göndərilir. Filmlərin qəbulu 2025-ci il avqustun 1-dək davam edəcək.

Müsabiqədə iştirak edəcək filmlərin siyahısı oktyabrın 10-da festivalın saytında və sosial şəbəkə hesablarında yerləşdiriləcək.

Qeyd edək ki, müsabiqəyə qatılan filmləri beynəlxalq arenada yüksək mükafatlara layiq görülən əcnəbi və yerli kinematoqrafçıların təmsil olunduğu münsiflər heyəti qiymətləndirəcək.

 

OXŞAR XƏBƏRLƏR