İstanbulun fəthindən sonra 481 il ərzində məscid kimi fəaliyyət göstərən, 1934-cü ildə muzey statusu alan və 86 il sonra yenidən ibadətə açılan Ayasofya Kəbir Məscidi son beş ildə təxminən 40 milyon nəfər tərəfindən ziyarət edilib. Məscid həm ibadətgah, həm də mədəni irs nümunəsi kimi qorunub saxlanılır.
24 iyul 2020-ci ildə qılınan cümə namazı ilə yenidən ibadətə açılan məscidin aşağı hissəsi müsəlmanların ibadətinə ayrılıb. Yuxarı mərtəbədə yerləşən galereya isə xarici turistlərin ziyarəti üçün açıq saxlanılır. Bu təşkilatlanma ilə ibadət edənlərlə ziyarətçilərin sahələri ayrılaraq daha rahat və səmərəli bir ibadət mühiti yaradılıb. UNESCO-nun Dünya İrs Siyahısında yer alan məsciddə turistlərə çoxdilli bələdçilər vasitəsilə məlumat verilir.
Xüsusilə pandemiyadan sonrakı dövrdə ziyarətçi marağı daha da artan məscid hər il orta hesabla 10-15 milyon insanı qəbul edir. Beş il kimi qısa müddətdə 40 milyon ziyarətçiyə çatması ilə Ayasofya Kəbir Məscidi həm ibadət, həm mədəniyyət, həm də mənəvi yol göstərmə baxımından İstanbulun ən mühüm ziyarət məkanlarından biri olaraq önəmini qoruyur.



