Əfsanəvi ingilis detektiv yazıçısı Aqata Kristinin Bağdadda – Dəclə çayı sahilində yerləşən tarixi evi uçmaq təhlükəsi ilə üz-üzədir. Karadat Maryam bölgəsindəki bu köhnə evin divarlarına təhlükəylə bağlı xəbərdarlıq lövhəsi vurulub.
Daha.az xəbər verir ki, Kristi, təxminən, 13 il İraqda yaşayıb. Yazıçı bu illərdə ərini – məşhur arxeoloq Maks Mallovanı qazıntı işləri zamanı müşayiət edib. Onun tapdığı artefaktların bir çoxu bu gün müxtəlif muzeylərdə sərgilənir.
Kristi bir çox əsərində, xüsusilə, məşhur “Şərq ekspresində qətl” romanında Bağdada yer verib.
Qeyd edək ki,yazıçının romanları bu gün də İraqda ən çox oxunan kitablar sırasındadır.