Haqqımızda

Azərbaycan mədəni-intellektual irsini rəqəmsal platformaya daşıyan “Daha.az”  texniki-innovativ tərəqqinin tələblərini nəzərə alaraq ədəbi, elmi, fəlsəfi, tarixi mövzuları vizual formatda da özünün “DAHA tv” yutub kanalında yayımlayır.

Əsas hədəflərimizdən biri müstəqillik illərində yetişmiş yazıçıların, şairlərin, alim və filosofların, sosioloqların məqalələrinə; onların iştirakı ilə intellektual müzakirələrə yer verməkdir.

Sayt Azərbaycanın zəngin mədəni irsinin daimi təbliği ilə yanaşı dünya mədəniyyətinin ölkəmizdə tanınması, təbliği, bu haqda yeniliklərin mütəmadi işıqlandırılması işində aktivlik göstərir. Azərbaycanla yanaşı dünyanın ən ümdə ədəbi-mədəni prosesləri haqqında məlumatlar verilir, təhlillər aparılır, araşdırma materialları və peşəkar tərcümələr təqdim olunur.

“Daha.az”da ictimai marağa səbəb olan məsələlər də mədəni-kulturoloji aspektdə müzakirə edilir, dövrün xarakterinə uyğun maarifləndirmə işləri aparılır.

Bundan başqa, saytda tələbələrin və ekspertlərin iştirakıyla “Beyin Fırtınası” layihəsi çərçivəsində həm yazılı həm də videoformatda mədəniyyətə, sənətə, fəlsəfəyə aid materiallar yayımlanır.

Təsisçi:
Aqşin Dadaşov

Əlaqə


Telefon:

+994 51 342 81 70
+994 50 514 74 88

E-Mail:
yazarlar@daha.az

İş saatları: 
Həftəiçi 09:00 – 18:00

Ünvan:
AZ1069, Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 83.