Hər il İtaliyanın Venesiya şəhərinin Lido yarımadasında avqust ayının sonu və sentyabr ayının əvvəlində keçirilən dünyanın ən qədim film festivalı olan Venesiya Beynəlxalq Film Festivalının builki proqramı elan olunub.
82-ci Venesiya Film Festivalı bu il 27 avqust – 6 sentyabr tarixlərində baş tutacaq. Festivalın açılış filmi isə məşhur italiyalı rejissor Paolo Sorrentinonun “La Grazia” (“Lütf”) adlı ekran işi olacaq. Qeyd edək ki, bu film əsas müsabiqə proqramına da daxil edilib.
Festivalın ali mükafatı olan “Qızıl Şir” uğrunda mübarizə aparacaq 21 film artıq bəlli olub.
82-ci Venesiya Beynəlxalq Film Festivalında yarışacaq filmlərin tam siyahısı yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.



