Çexiyanın Karlovı Varı şəhərində keçirilən 59-cu Beynəlxalq Kino Festivalı başa çatıb.
Daha.az xəbər verir ki, festivalın əsas mükafatı slovakiyalı rejissor Miro Remonun “Sıx meşədə dəli olmaq daha yaxşıdır” sənədli filminə verilib.
Qeyd edək ki, münsiflər heyətinin xüsusi mükafatı iranlı rejissor Soheyl Beyraqinin “Bidad” filminə verilib.
Film qadınlara, demək olar, bütün hüquqları qadağan edən sərt rejimə baxmayaraq, müğənni olmaq arzusundan vaz keçməyən bir qızın hekayəsindən bəhs edir.